Qubada meşə yanğını başladı – SON DƏQİQƏ

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Yenicag.az-ın məlumatına görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir./APA/