Bakı sakini Quba rayonunda meşədə ölüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Güləzi kəndi ərazisindəki meşədə baş verib.
Əslən həmin kənddən olan, Bakı şəhər sakini, 62 yaşlı Bəxtiyar Hacıbaba oğlu Qafarov gecə saatlarında mal-qaralarını axtararkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı vəziyyətdə gecəni meşədə qalan B.Qafarov orada dünyasını dəyişib.
Səhər saatlarında yaxınları B.Qafarovun axtarışlarına başlayıblar və onun meytini meşədə tapıblar.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.