Qubada obyektlərə və evlərə qənim kəsilən oğrular – FOTO

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Yenicag.az-a bildirdiyinə görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlamışlar.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

COP29