Xəbər verdiyimiz kimi, Quba rayonunda paraşütçü uçuş zamanı idarəetməni itərərək ölüb.
Yenicag.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Şamo Mehdiyev Xırdalan şəhərində tanınmış stomatoloqlardan biri imiş.
Əslən Laçından olan həkim həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.
***
Qubada paraşütçü ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Qırız Dəhnə kəndində qeydə alınıb
Uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Nəticədə Ş.Mehdiyev ölüb.
Faktla bağlı araşdırma aparılır.