Qubada plastik və polietilen məmulatlarının istifadəsi ilə bağlı tədbir keçirildi – FOTO

01.07.2024-cü il tarixində Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması ”layihəsi çərçivəsində  dəyirmi masa keçirmişdir.

Dəyirmi masada Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının, Quba Gigiyena və epidemologiya idarəsinin, QTDM-nin Quba filialının, Mənzil-komunal idarəsinin, Quba rayon Mərkəzi xəstəxanasının, Quba Mədəniyyət İdarəsinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Quba Regional QHT-lərin Təlim Resurs Mərkəzinin direktoru Eynulla Xeyrullayev açdı və Dəyirmi masada müzakirə olunan mövzunun, ətraf mühitin çirklənməsində plastik torba və birdəfəlik qabların təsiri və necə azaldılması barəsində olduğunu bildirdi. Hazırda ətraf mühitə ən çox tullantı, plastik qablar və birdəfəlik torba və çantalardır. E.Xeyrullayev davam edərək bildirdi ki, Quba rayonu kimi füsunkar təbiəti  olan yerdə, çaylarda sel və daşqın hadisələri tez tez baş verir və bu zaman daşqınla birgə gündəlik həyatımızda istifadə etdiyimiz birdəfəlik çantalar, qablar sel vasitəsilə yenidən özümüzə qayıdır.  Təbiət bütöv olduğundan onu çirkləndirmək üçün artığımız tullantı bu və ya digər formada geri qayıdır. Bu cür maarifləndirici tədbirləri rayonda tez tez təşkil etmək işin faydasına olardı və ictimaiyyət plastik torba və çantaların istifadəsini azalda bilərdi.
Sonra çıxış etmək üçün söz Quba rayon İcra hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyevə verildi. A.Nəbiyev əhalinin maarifləndirilməsində QHT-lərin artan rolunu qeyd etdi və bu gün təqdim olunan plastik torbaların və birdəfəlik qabların istifadəsinin azaldılmasında bu cür tədbirlərin çox vacib olduğunu bildirdi.  Layihə barədə danışmaq üçün söz “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.
S.Həsənov Quba rayonunun Azərbaycanın Turizm mərkəzlərindən biri olduğunu və əhalinin dincəlmək üçün tez tez bura gəldiyini bildirdi. S.Həsənov çıxışını prezentasiya şəklində davam etdi. Qubada olduğumuz son bir iki gündə apardığımız müşahidələr onu göstərir ki, turizm obyektləridə daxil olmaqla demək olar ki, hər tərəfdə plastik məmulatlarının ətraf mühitə atıldığının şahidi oluruq. Məlum olduğu kimi polietilen və plastik torba və birdəfəlik qablar 100 illərlə təbiətdə parçalanmır və çox mürəkkəb kimyəvi tərkibə malik olmaqla  və  bir neçə monomer kimyəvi zəncir birləşmələrindən ibarətdir. Onları yandırılması atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən  dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var. Plastik torba və polietilen çantalardan istifadənin azaldılması üçün 2023-ilin fevral ayının 15-dən etibarən bu məhsulların marketlərdə pulla satışı barədə (15 mkn ölçüdən az olmaqla) qərar qəbul edildi. Lakin təəssüf ki, bu cür metod bir çox ölkələrdə effektli olsada Azərbaycanda bu baş vermədi.
Ümumiyyətlə 1950-ci ildən 1970-ci illərə qədər yalnız az miqdarda plastik istehsal olunurdu və nəticədə plastik tullantıları nisbətən idarə oluna bilirdi. 1970-1990-cı illər arasında plastik məhsullarının istehsalı üç dəfədən çox artdı, bu da plastik tullantılarının və CO2 qazının atılmasında oxşar artımı əks etdirir. 2000-ci illərin əvvəllərində istehsal olunan plastik məmulatlarının miqdarı bir onillikdə əvvəlki 40 ildə olduğundan daha çox artdı. Bu gün dünya hər il təxminən 400-500 milyon ton plastik və birdə-fəlik qablar istifadə etməklə tullantı yaradır.
Dünya üzrə 2050-ci ilədək ilkin plastikin qlobal istehsalının 1,100 milyon tona çatacağı proqnoz-laşdırılır. Biz həmçinin birdəfəlik istifadə olunan plastik məhsullara, bircə qısa istifadədən sonra atılmalı olan əşyalara doğru narahatlıq doğuran dəyişikliyin şahidi oluruq. İstehsal edilən bütün plastiklərin təq-ribən 36 faizi qablaşdırmada, o cümlədən qida və içki qabları üçün birdəfəlik plastik məmulatlarda istifa-də olunur ki, bunun da təxminən 85 faizi poliqonlara və ya tənzimlənməmiş tullantılara çevrilir. Bun-dan əlavə, birdəfəlik plastik məhsulların təxminən 98 faizi qalıq yanacaqdan(neft məhsullarından) və ya “saf” xammaldan istehsal olunur. S.Həsənov layihə çərçivəsindəə hazırlanmış  kitabça barədə məlumat verərək bildirdi ki,  kifayət qədər elmi və rəsmi məlumatlar topladıqlarından bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğuladı. Bu gün bu tədbirdə Sizə paylanan bu  kitabça tullantıların və xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.
Sonra mövzu barədə danışmaq üçün söz, ADPU-nin Quba filialının müəllimi Arzu Abayevaya verildi. Arzu xanım Pedoqoji Universitetin Quba filialında tələbələrin ekoloji biliklərinin artırılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi və bildirdi ki, Universitetin Filial rəhbərliyi daima ekoloji mövzunu diqqətdə saxlayır və mütəmadi tədbirlər zamanı və tədris prosesində onları maarifləndirir.
Sonra çıxış üçün söz Quba şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Gülnar Məmmədovaya verildi. G.Məmmədova qeyd etdi ki, Quba rayonu bütövlükdə turizm mərkəzi olduğundan burada təbii yaşıllıqlar çoxdur və həmin ərazilərin təmiz saxlanması plastik və digər tullantılardan təmizlənməsi üçün daima tədbirlər görməyə ehtiyac var.
Sadiq Həsənov davam edərək bildirdi ki, Quba şəhərində monitorinq zamanı ərazidə məişət tullantılarının toplanması yerlərində tullantı qablarının olmadığını müşahidə etdiyini bildirdi. Bu ətraf mühitin çirklənməsində ciddi təsir edən faktordur və mən düşünürəm ki, yaxın zamanlarda bu problem aradan qaldırılacaq.  Ölkənin paytaxtında və bir çox şəhərlərində tullantıların toplanması üşün qablar müxtəlif tullantılar üçün ayrı ayrıdır. Düzdür hamı həmin çeşidlənməyə uyğun olaraq tullantını hələlik atmasada insanlar bunu hər gün görürlər. inanıram ki, Quba RİH-ti tezliklə bu problemi həll edə biləcək.
E.Xeyrullayev çıxışını davamı kimi qeyd etdi ki, “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi həmişə Quba rayonunda ekoloji mövzuda yeni və maraqlı prezentasiyalarla iştirak edib. Bu cür məlumatlarla zəngin bir kitabçanın nəşr olunması və burada iştirak edən nümayəndələrə paylanması plastik torba və birdəfəlik qabların azaldılmasında əhəmiyyətli təsir edəcəyini qeyd etdi.  baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq. E.Xeyrullayev rayonda QHT-lərin tədbirlərinin davam etməsi üçün Quba Regional QHT Resurs mərkəzində təmir işlərinin aparılması üçün aidiyyatı qurumlara müraciət olunmasını və burada bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini təklif etdi.
Dəyirmi masada, iştirakçılardan Mənzil Komunal İdarəsindən Pərvanə Eyvazova, Quba Mədəniyyət evindən Maqsud Salahov və Quba GEM-dən Xatirə Əliyeva və başqaları maraqlı təkliflərlə çıxış etdilər.
Müzakirədə mövzu ətrafında Quba rayonunda ekoloji sahədə görülməli işlər və əhalinin plastik və polietilen  torba və çantalardan istifadənin azaldılmasını təşviq edilməsi, bu barədə kitabçadakı məlumatlardan istifadə etməklə biliklərinin artırılması, mağaza və marketlərdə alış veriş zamanı alternativ torbalardan istifadənin təşviq edilməsi, enerji və sudan qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.
COP29