Quba şəhərində yanğın hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb.
Araşdırma aparılır.