Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Bu barədə Yenicag.az-a Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov olduğu müəyyən edilib: “Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib”.