Qubada qəza oldu, 2 nəfər öldü

Oktyabrın 22-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndi ərazisində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Azertag/