!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada reyd keçirilib

!Reklam – Yazi

a7c9018f4d8fe617f576726a1d89a34dfdgfdgfDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Quba rayonunda reyd keçirib.

Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reydlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, bayram günləri ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Ə.Məcidov sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. BDYPİ-nin şöbə rəisi sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər: “Biz arzu edirik ki, hamı mənzil başına sağ-salamat çatsın. Heç kim qəzalara uğramasın”.

Ə.Məcidov Daxili İşlər Nazirliyinin bütün əməkdaşları kimi yol polisinin də bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağını və yollarda əhalinin təhlükəsiz hərəkətinin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcəyini qeyd edib.

(apa.az)

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv