Qubada sərnişin avtobusu aşıb: yaralananlar var

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.(APA)

Yeniçağ.az