!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada sex sahibi cərimələndi - FOTO

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 6 kubmetr həcmində fıstıq və vələs cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 993 manat məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

www.yenicag.az

2713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv