Qubada sex yandı

Qubada yanğın hadisəsi baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə  istinadən xəbər verir ki, Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanıb.

Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.