Qubada toyda itən azyaşlı tapıldı

Qubada toyda itən azyaşlı tapılıb.

Yenicag.az-ın məlumatına görə, avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarının keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib./Trend/