Qubada “Xaşxaş-2021” ƏMƏLİYYATI – 4,2 ton çətənə kolu aşkar edildi

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.