Qubada YANĞIN – Tüstüdən zəhərlənən VAR

Qubada ev yanıb, tüstüdən zəhərlənən var.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.

Bildirilib ki, Quba şəhərində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.