Qubada yol qəzası: ölən və yaralananlar var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomagistralının rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Vüqar Nazim oğlu Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü V.Talıbov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva ağır bədən xəsarətləri alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.