!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubadakı yanğınların qarşısı alındı - FHN

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az nazirliyin saytına istinadən xəbər verir ki, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

FHN-in yaydığı son məlumata görə, artıq yanğınların yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

www.yenicag.az

1389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv