!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qubadlıdan olan tanınmış aparıcı: “Birinci Həkəri çayını ziyarət edəcəm, sonra da...”

!Reklam – Yazi

“Hər il avqustun 31-i belə bir paylaşım edirdik ki, Qubadlının işğalından bir il də ötdü. Amma bu il ötmədi. Qubadlı artıq azaddır”.

Bunu əslən Qubadlıdan olan tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, Qubadlının işğaldan azad olunması xəbərini həyatında ən xoş gün kimi xatırlayacağını bildirib:

“Əslim-köküm Qubadlıdandır. Qubadlının azad olunması xəbəri həyatımın ən xoş günü kimi yaddaşıma yazıldı. Ötən il sentyabr ayından başlayaraq ard-arda qələbə xəbərləri eşitdik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Ordusu bizə bu qələbə sevincini yaşatdı. Fəxr edirik ki, bu gün qalib əsgər, qalib Azərbaycan vətəndaşı kimi danışırıq”.

Mikayıl hələ doğma Qubadlıya getməsə də, uşaq vaxtı baxdıqca doymadığı Həkəri çayının görüntüsünü əldə edib:

“Hərbçi qohumlarımız kəndimizə gediblər. Atamın ata evi dağılıb, Mikayıl babamın məzarı yerindədir, qohumlarımız ziyarət edib. Hələ özüm getməmişəm. Gözləyirəm ki, tam icazə verilsin, bu həsrətə son qoyacam. Doğma kəndimiz Zilanlı Həkəri çayının düz yanındadır. O çayın videosunu çəkib mənə də gətiriblər. İlk gedəcəyim yer o çay olacaq. Daha sonra babamın məzarını ziyarət edəcəm”.

Cəvahir

www.yenicag.az

781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv