Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, “Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.
Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.
Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.