Qubadlı‒Laçın avtomobil yolunun tikintisinə 20 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı – Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.