!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubanın Çayqışlaq kəndində körpü uçdu - Fotolar

!Reklam – Yazi

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının mütəxəssisləri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv