Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qucağında uşaqla avtobus sürdü: Bakıda - VİDEO

Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib.

Yenicag.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, foto ötən gün paytaxtın Nərimanov rayonunda, 24 saylı xəttdə hərəkət edən marşrut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.

Şəkli göndərən xanım sərnişinin sözlərinə görə, metronun “Nərimanov” stansiyasının yaxınlığında bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib.

Sərnişinin dediyinə görə, sürücü uşağı yanına çağıraraq qucağında otuzdurub, daha sonra avtobusu idarə etməyə başlayıb.

Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağında otuzdursa da o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atıb.

Məsələ ilə bağlı 24 saylı marşrutun kalon rəisi Sərvər Əliyev hadisədən ötən gün axşam saatlarında xəbər tutduqlarını söyləyib. Onun sözlərinə görə, artıq həmin sürücü işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsələ ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq ediləcək.

Loading...

www.yenicag.az

7062
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100