“Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, Azərbaycanda yeni dövr başlayır. Baş nazir Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə göstərəcək?”
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Həmçinin, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab Prezident söylədi ki, biz Türkiyə və türk dövlətləri ilə daha sıx inteqrasiya olmalıyıq. Bu baxımdan, Türkiyə ilə ümumi bazar yaradılması barədə hansısa fikirlər varmı?”
Həmçinin, Milli Məclisin üzvü quru sərhədlərinin nə zaman açıla biləcəyi ilə bağlı sual verib./Qaynarinfo