Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayıb.
Yenicag.az xəbər verir ki, BAXCP sədri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib:
“Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib. İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram. Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.