Qüds ətrafında ziddiyyətlər: Türkiyə Ərəb-İsrail koalisiyasının hədəfindədir – Yenicag.Az

Reklam

Reklam

Türkiyənin Qüds məsələsində tutduğu kəskin antisionist siyasət Ankaranı İsrailin və Ümumdünya yəhudi diasporasının hədəfinə gətirib.

“Qanundankənar” TİKA

Məlumata görə, İsrail Türkiyənin müxtəlif ölkələrdə fərqli layihələr həyata keçirən, yaxın dövlətlərin hökumət və nazirliklərinə dəstək verən Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) fəaliyyətini məhdudlaşdırmağa hazırlaşır. Türkiyənin bu hökumət agentliyinin gerçəkləşdirdiyi layihələr mədəniyyətdən tutmuş ekoloji problemlərə qədər bir çox sahələri əhatə edir. TİKA həmçinin Fələstində irimiqyaslı humanitar layihələr həyata keçirir və həmin regionda özünün ən geniş nümayəndəliklərindən birini qurub.

Lakin İsrail TİKA nümayəndəliyinin əməkdaşlarının sayının azaldılmasına qərar verib. Bu çərçivədə TİKA-nın bəzi əməkdaşlarının adları İsrailin “qara siyahısı”na salınıb, onların bir çoxunun Fələstinə gedişinə icazə verilmir, bir qismi isə yerli müqavimət hərəkatının, o cümlədən “Həmas” üzvləri ilə əlaqədə suçlanaraq, deportasiya olunmaq təhlükəsi ilə üzləşiblər. İsrailin TİKA-nın fəaliyyətinə dair hazırladığı hesabatda Türkiyənin bu qurum vasitəsilə Fələstində nüfuzunun güclənməsindən narahatlıq ifadə olunub.

İsrailin Təhlükəsizlik Şurası hökuməti fələstinlilərə yardım göstərən Türkiyə fondlarının fəaliyyətini dayandırmağa çağırıb. Bu mənada, İsrailin məntiqinə görə, dinc Fələstin xalqını dəstəkləyən hər kəs yəhudi işğalına qarşı müqavimət göstərən “Həmas” və başqa birləşmələrin müttəfiqidir. Tel-Əviv bu dəfə Ankaranı düşmən elan eləməklə, özünün geosiyasi kursunu dəyişib. Buradan belə nəticəyə gəlmək olar ki, Türkiyə əzabkeş Fələstin xalqına açıq və hərtərəfli dəstək verən yeganə müsəlman dövlətidir.

Allah da onları düşmən qarşısında alçaltdı

Ətrafdakı bütün ərəb ölkələri isə yəhudi dövləti qarşısında döyüşsüz təslim olublar və Fələstin xalqının məruz qaldığı soyqırımı ilə barışıblar. İsrail dünya birliyinin gözü qarşısında fələstinliləri məhv edir, ərəbləri zorla yaşadıqları ərazidən çıxarır, onların evlərini dağıdır, köçmələri üçün təzyiqləri artırır. Yaxınlıqdakı zəngin ərəb dövlətləri isə sionistlərin bu zorakılığına etiraz bildirməyə cürət etmirlər.

Bu günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bəyan etdi ki, Ər-Riyad Fələstini İsrailin ərazisi olaraq tanıyır. Onun bu bəyanatına ciddi mənəvi aşınmaya məruz qalan bədəvilər – İran körfəzindəki ərəb dövlətlərinin əmir və şeyxləri də qoşulublar. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi şirkətləri ilə aktiv əməkdaşlıq edir, Fələstin müqavimət hərəkatı liderlərinin və fəallarının məhv edilməsində MOSSAD-a yardım göstərir. Misir isə fələstinlilərlə yəhudilərdən də betər davranır. Belə vəziyyətdə nə demək olar? 5 milyonluq İsrail çevrəsindəki 150 milyonluq ərəb dünyasını barmağına dolayaraq, onları diz üstə çökdürüb. Bu, elə bir cəzadır ki, Allah yalnız ən aşınmış xalqları bu cür cəzalandırır.

Türkiyə – Xilafət

Ərdoğan isə yürütdüyü siyasətlə bir daha göstərdi ki, o, Osmanlı İmpariyasını canlandırmağı qarşıya məqsəd qoyaraq, ölkəsini əvvəl regional, sonra isə dünya hegemonluğuna doğru aparır. Türkiyə ərəb dövləti olmasa da, hazırda əzilən Fələstin xalqının yeganə müdafiəçisi kimi çıxış edir, onlara görə zəngin yəhudi lobbisinin təsirində olan Qərbin əsas dövlətlərindən təcrid olunmaq riskini də gözə alır. Ərdoğan ABŞ və Avropanın siyasi-iqtisadi təzyiqlərinə baxmayaraq, Osmanlı İmperiyasını dirçəltmək siyasətindən bir addım da geri çəkilməyib və dünya müsəlmanlarının əsas hamisi kimi çıxış edir. Bu fonda ərəblərin “xurma monarxiyaları” növbəti dəfə isbatladı ki, qorxaqlar tarixin hər dövründə və hər şəraitdə yenə qorxaqdırlar. Ərəb əmir və şeyxləri öz klanlarının topladığı sərvətin təhlükəsizliyini təmin etmək üçün ABŞ və onun Yaxın Şərqdəki ərköyün uşağı olan İsrailin qarşısında qurbanlıq qoyun sürüsü kimi düzülüblər. Onların bəziləri hətta Türkiyə əleyhinə tətbiq olunan gizli sanksiyalara qoşulub. BƏƏ ABŞ və İsrailin diqtəsi ilə Türkiyə mallarının ölkəyə daxil olmasını məhdudlaşdıraraq, Türkiyə şirkətləri ilə əməkdaşlığı dayandırıb. Başqa sözlə, onlar İslam dini və müsəlmanlara qarşı Şeytanla əməkdaşlığa gediblər. Buna görə də böyük Yaradan qarşısında cavab verəcəklər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1839
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."