!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qüds – “nifaq alması”: Yaxın Şərqdə yeni müharibə siqnalları

!Reklam – Yazi

“Avropa İttifaqı bu məsələdə ABŞ-dan fərqli mövqe tutur və Fələstinin lehinə informasiya kampaniyası aparır”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsindən sonra dinc fələstinlilərin gülləbaran edilməsi ilə Yaxın Şərqdə yenidən vüsət alan gərginliyi şərh edən rusiyalı politoloq Pavel Klaçkov deyib.

Ekspertin sözlərinə görə, hazırda Qüds ətrafında cərəyan edən proseslər xüsusi xarakter daşıyır:

“Bu çərçivədə ABŞ-ın davranışları İsrailə tam dəstək anlamına gəlir. Buna cavab olaraq, fələstinlilərin başladıqları etiraz dalğası beynəlxalq rezonans doğurdu.
ABŞ-ın məlum fəaliyyətinə baxmayaraq, Avropa İttifaqının fərqli, Fələstinə dəstək qismində informasiya kampaniyasına başladığını müşahidə edirik. Ancaq bütün dünyaya məlumdur ki, Qüds çoxdan İsrailin mərkəzidir. Mən özüm bir neçə dəfə İsraildə olmuşam və şahidəm ki, Qüds əslində, İsrailin paytaxtı funksiyasını yerinə yetirir”.
Klaçkov əlavə edib ki, Qüds bütün region üçün müqəddəs şəhər statusuna malikdir:

“Nəzər alınmalıdır ki, Qüds ətrafında baş verənlər xüsusi səciyyə daşıyır. Qüdsün müqəddəs şəhər statusuna malik olması böyük kütlələri istənilən hərəkətlərə sövq edə bilər. Əgər bu məsələyə İsraildaxili aspektdən yanaşsaq, o zaman baş verən hadisələr hökumətin başçısı Netanyahunun reytinqinin yüksəlməsinə xidmət edir, onun uğuru kimi qiymətləndirilir.

Lakin digər tərəfdən, bu proseslər İsrailin avropalı tərəfdaşları ilə münasibətlərinə neqativ təsir göstərməkdədir. Məsələn, Böyük Britaniyanın baş naziri Tereza Mey fələstinlilərə qarşı yol verilən zorakılığı pisləyib.
İsrail də öz növbəsində HƏMAS-ı vəziyyəti gərginləşdirməkdə günahlandırıb. Məsələyə İran-İsrail münasibətləri kontekstindın baxsaq, bu, iki ölkə arasında Səudiyyə Ərəbistanının da qatıla biləcəyi toqquşma ehtimalını xeyli gücləndirir.

Yəni ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması Yaxın Şərqdəki münaqişələrin miqyasını və kəskinliyini xeyli artırıb. Bu çərçivədə emosiyaların tezliklə sakitləşəcəyi gözlənilmir, ancaq vəziyyəti ifrat dərəcədə dramatikləşdirmək də məqbul deyil. Məncə, zaman keçdikcə, Türkiyə prezidenti Ərdoğanın da bu barədə bəyanatları yumşalacaq”.

www.yenicag.az

2458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv