Qüdsdə 24 dinc sakin həbs edildi – Etiraz

Qüdsdə İsrail hücumuna etiraz edən 24 dinc sakin həbs edilib.

Yenicag.az FİA- ya istinadla xəbər verir ki, həbs olunanların çoxu gənclərdir.

Cümə namazından sonra dinc etiraz aksiyası keçirən Qüds sakinləri İsrail rejiminin qanunsuz əməllərini pisləyiblər. Rejim polisi isə məscidə hücum edərək etirazçılara qarşı güc tətbiq edib. Rezin güllələr və gözyaşardıcı qazdan istifadə edən rejim polisi onlarla fələstinlini yaralayıb.

Müqavimət göstərən 24 nəfər həbs edilərək naməlum istiqamətə aparılıb.

İşğalçı rejim Qəzzanın işğal olunmuş torpaqlarla sərhəddə keçirdiyi “Uşaqlarımız şəhid” adı ilə keçiridyi Böyük Qayıdış Yüşünə də hücum edib. Biri uşaq olmaqla 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb.

Qeyd edək ki, Fələstində artıq 4-cü aydır ki, etiraz aksiyaları davam edir. Bu müddət ərzində 154 fələstinli sionistlər tərəfindən öldürülüb və 9 mindən çox fələstinli yaralanıb.