Donald Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı verdiyi qərar bu gün icra edilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdən Qüdsə köçürülüb. Mərasimi Trampın qızı İvanka və kürəkəni Jared Kushner də qatılıb.
Qeyd edək ki, bu gün baş verən silahlı qarşıdurmada 37 fələstinli ölüb, 1700-ə qədəri isə yaralanıb.