Qüdsdə toqquşmalar başladı: Cümə namazı etiraz aksiyasına döndü

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə vəziyyət durmadan gərginləşir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir k, “Həmas”ın çağırışı ilə dekabrın 8-nin “Qəzəb günü” elan edilməsinin ardınca Qüds, Qəzza və Qərbi Şeriada fələstinlilərin etiraz aksiyaları vüsət alıb.

Məlumata görə, İsrail hərbçiləri Qüdsdəki “Məscid-i Əqsa” və Qərbi Şeriada baş tutan Cümə namazından sonra təşkil olunan etriaz aksiyalarına döyüş güllələri və gözyaşardıcı qazla müdaxilə edirlər.

COP29