“Quduz köpək” Mettis ABŞ-ın müdafiə naziri olacaq – Tramp açıqladı

15300501_831271593682812_994594460_nABŞ-ın gələcək müdafiə naziri kim olacaq?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp akbinetinin üzvlərini bir-bir ictimaiyyətə təqdim edir.

Yeniçağ.Az xəbər verir ki, Tramp Pentaqonun gələcək rəhbərinin kimliyini açıqlayıb.

Tramp bildirib ki, ABŞ-ın yeni müdafiə naziri istefada olan Dəniz piyadaları korpusunun komandanı general Ceyms Mettis olacaq.

“Biz “quduz köpək” Mettisi ABŞ-ın müdafiə naziri təyin etməyə hazırlaşırıq”, deyə Tramp Sinsinati ştatındakı çıxışı zamanı bildirib.

Xatırladırıq ki, “quduz köpək” Mettisin orduda aldığı ləqəbdir.

 

Yeniçağ.Az