!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quduzluqdan öldü

!Reklam – Yazi

88363Mal-qara otararkən canavar hücumuna məruz qalan 22 yaşlı Salyan sakini dünyasını dəyişib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qırxçıraq massivində yaşayan 22 yaşlı Mirzəyev Raqif Rafiq oğlu bir neçə gün öncə vəfat edib.

Ailəsi heyvandarlıqla məşğul olan Raqif Mirzəyev çöldə mal-qara otararkən canavar hücumuna məruz qalıb. Bir müddət buna ciddi yanaşmayan Raqifin səhhətində sonradan problemlər yaranıb. Buna görə də valideynləri həkimə müraciət edib. Salyan Rayon Mərkəzi Xəstəxanasında ona quduzluq xəstəliyi diaqnozu qoyulub, müvafiq müalicə təyin edilib.

R.Mirzəyevin müalicəsi davam etdirilsə də 20 gün ərzində səhhəti gündən-günə pisləşib. Bu səbəbdən də ağır vəziyyətdə Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə gətirilən Raqif Mirzəyev elə həmin gün də dünyasını dəyişib.

Qeyd edək ki, bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzində olub. Nazirliyin səlahiyyətli şəxsləri rayona ezam olunub. Müvafiq araşdırmalar başlayıb. Araşdırmalar zamanı isə yeni təfərrüatlar üzə çıxıb.

Müalicə həkimlərinin sözlərinə görə, Raqifin valideynləri onlara əvvəlcə belə deyibmişlər ki, onu həyətlərindəki it dişləyib. Ona görə də Salyanda Raqif Mirzəyevə quduzluq əleyhinə vaksin vurulub, həyətlərindəki it isə baytar nəzarətinə götürülüb. Belə hallarda quduzluğa tutulmuş it 10 gün ərzində mütləq ölməlidir. Amma 10 gün keçsə də it ölməyib. Bu da həkimləri arxayınlaşdırıb ki, səbəb yəqin quduzluq deyil. Lakin sonradan R.Mirzəyevin səhhəti daha da ağırlaşanda ailəsi həqiqəti açıb deyib. Onda da gec olub…

Sonda onu da deyək ki, baş vermiş hadisəyə görə Salyan Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinin rəhbərliyinə nazirlik tərəfindən töhmət verilib.

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv