!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Quldar” məclisi keçirən jurnalist işdən qovuldu - FOTO

!Reklam – Yazi

50 yaşını təmtəraqla qeyd edən tanınmış jurnalist irqçilikdə ittiham olunub.Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Braziliyanın “Vogue Brazil” jurnalı moda departamentinin rəhbəri Donata Meyrelles 50 illik yubileyində “quldar məclisi” düzənlədiyi üçün işdən qovulub.

Məlumata görə, Meyrellesin işdən çıxarılmasının səbəbi onun yubiley məclisində özünü “quldar” kimi apardığını təsdiqləyən fotoşəkil olub. Jurnalistin sosial şəbəkədə paylaşdığı fotoda o, ətrafında qul libasında olan qaradərili qadınların dayandığı taxtda oturaraq, poz verib.

Meyrellesin bu davranışı sosial şəbəkələrdə böyük hiddət doğurub. Əksəriyyətin fikrincə, onun “taxt” ətrafına düzdüyü qadınlar ev xidmətçiləri kimi işləyən qul qadınların “uniforma”sıdır.

Jurnalist bu davranışının quldarlıqla heç bir əlaqəsinin olmadığını iddia etsə də, bu, onun işdən qovulması haqda qərarı dəyişməyib.

www.yenicag.az

6702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv