Qum fırtınası 400 nəfəri xəstəxanalıq etdi – VİDEO

İraqın paytaxtı Bağdada və ölkənin cənubunda güclü qum fırtınası müşahidə edilir.

Yerli mətbuat yazır ki, qum fırtınası nəticəsində nəfəs darlığı çəkən 400-dən çox iraqlı xəstəxanaya yerləşdirilib.

İraqın səhiyyə qurumları vətəndaşlardan küçəyə çıxarkən maska taxmaq barədə tövsiyə verib.