!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qumarda günahlandırılan klubun baş məşqçisi danışdı...

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, AFFA tərəfindən oyun alqı-satqısında şübhəli bilinərək I Diviziondan kənarlaşdırılan “Şərurspor” fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı klubun baş məşqçisi Əfqan Talıbovla əlaqə saxladıq. Keçmiş baş məşqçi Yeniçağ.az-a danışarkən klubun aqibətini çeynənilmiş saqqıza bənzədib:

“Bizə gəlib dedilər ki, komandanın fəaliyyəti dayandırıldı. Oyunçulara transfer verildi. “Rəvan” kimi “Şərurspor” da danışılmış oyunlarda günahlandırıldı və I diviziondan uzaqlaşdırıldı. Artıq futbolçulardan bir çoxu özlərinə yeni komanda tapıblar. Onlardan bəziləri I diviziondakı klublara, digərləri isə həvəskarlar liqasına gedib. Çempionatın sonuna qədər onların transfer olunmasına icazə verilib. Azad transfer alıblar. Onlara heç bir təzminat ödənilmədi”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv