İsveçdə bir ərəb müsəlman miqrantlara müraciət edərək Quranı yandırıb.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə İsveçdə bir ərəbin müsəlman miqrantlara müraciət edərək Quranı yandırdığı iddia edilən video yayılıb.
“İslam Qərb dəyərlərinə uyğun gəlmir. Odur ki, xurma ağaclarınızı və dəvələrinizi götürün və gəldiyiniz yerə qayıdın”, – deyə o, müsəlman mühacirlərə deyib.
Maraqlı cəhət odur ki, bu hadisə Türkiyə İsveçin NATO-ya müraciətini ratifikasiya etdikdən düz bir ay sonra baş verib.
Bundan əvvəl, İsveçin bu cür yandırmalara görə çoxsaylı cəzalar və qınaqlarla bağlı Türkiyə Prezidenti Rəcəb Ərdoğandan başlayaraq türk siyasətçiləri tərəfindən çoxsaylı açıqlamaları olub.
Xuraman Etibarlı