Quranın təhqir olunmasına görə İsveç səfirliyi yandırıldı

Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.