Qurban bayramı haqqında MARAQLI FAKTLAR

İslam aləminin müqəddəs bayramı sayılan Qurban bayramı haqqında maraqlı faktlar bu dini ritualı öz-özlüyündə daha da diqqətəlayiq edir.

Lakin məsələni araşdırdıqca bunun sadəcə bir dini ritual olmadığını, insana paylaşmaq duyğusunu aşıladığını, Allahın nemətlərinin paylaşaraq hər kəsə çatdırılmalı olduğunu bir daha öyrənirsən.

Qurban kəsmək bayramın ilk üç günündə həyata keçirilir. Lakin Şaafi məzhəbində dördüncü gün də qurban kəsilir. Qurbanın səhər sübh vaxtı kəsilməyi daha düzgün hesab olunur. Və bayramın 3-cü günü günəş batana qədər kəsimlər davam edir.

Bu bayramda əsas məqsəd sosiallaşmaq, yardımlaşmaq və fədakarlıqdır.

Qurban bayramında insanlara hər zaman hansı heyvanların qurban kimi kəsilə bilməsi məsələsi də maraqlı olub. Qoyun, keçi, inək və dəvə qurban kimi kəsilə bilər. Bunun üçün isə qoyun və keçinin 1, inəyin 2, dəvənin isə 5 yaşında olması şərtdir.

Qurban kimi kəsiləcək heyvanın sağlam və əzalarının tam olması lazımdır. Xəstə, quyruğu kəsilmiş, buynuzlarından biri və ya hər ikisi qırılmış, dişlərinin çox hissəsi və ya tamamı tökülmüş heyvanlar qurban ola bilməz. Lakin heyvanın doğuşdan buynuzsuz olması, çəp və qulağının deşik olması onun qurban olmasına əngəl törətmir.

Qurban kəsilərkən heyvana əziyyət verilməməlidir. Qurban bu işin əhli olan insanlar tərəfindən kəsilməlidir. Qurban kəsilən heyvanlar bir birlərinin kəsildiyini görməməsi üçün yan yana olmamalıdırlar.

Əqli düşüncəsi yerində olan, yeniyetməlik dövrünə girmiş və buna uyğun maddi imkanı olan hər kəs qurban kəsə bilər. Səfərdə olan insanın qurban kəsməsi vacib sayılmır, amma kəsərsə, böyük savab sayılır.

Kəsilən qurban əti ehtiyacı olan insanlara, yaxın qonuşulara və qohumlara paylanmalı, bir hissəsi isə kəsən adamın özünə qalmalıdır.

Qurban kəsilən heyvan həddindən artıq əziyyət çəkməsin deyə ona narkoz və elektrik şoku verilərək kəsilməsində dini baxımdan heç bir maneə yoxdur.

Firuz Asanov

COP29