✔ Qurban nədir?
Qurban, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu (bayram) günündә, bayram namzaından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvan’a deyilir.
✔ Qurbanlıq Quranda.
Uca Allah buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdənetdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”(əl-Həcc: 37).
Hәmçinin buyurur: “Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).
✔ Qurbanın hökmü.
Qurban kəsmək təkid olunmuş sünnədir. İmkanı olan (mәsәlәn: evi, maşını, işi, gündәlik dolanışığı, әrzağı olan) kәslәrin üzәrinә düşür. Hənəfi məzhəbinə görə isə, imkanı olanlara hər il vacibdir. Bu, Qurban namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.
✔ Qurbanın fəziləti/savabı.
Qurban kəsən adam, kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Hər savab isə on qat artırılır. Uca Allah, istədiyi şəxsin savabını artırar. Qurbanın ilk damla qanı axanda onu kəsənin günahı bağışlanır. Bu haqda Quran vә hәdislәrdә bir çox sәhih mәlumatlar vardır.
✔ Qurbanın hikmәti – Allaha yaxınlıqdır, atamız İbrahim peyğәmbәrin yolunu tutub getmәkdir. Bildiyimiz kimi, İbrahim peyğәmbәr, öz oğlu İsmayıl üçün qurban olaraq qoyun kәsmişdir. Bununla yanaşı, bayram günü – ailəlәrin bir-birilә mehribanlaşması, bayramlaşması ilә dә yadda qalır. Xüsusәn dә kasıb ailәlәrә yardım edilmәsi, bu bayramı daha da dәyәrli edir.
✔ Bayram – çoxlu şükr etmәk üçün fürsәtdir. Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha şükr etmək dә, bura aiddir.
✔ Qurbanlıq heyvanlar.
Qoyun: Bir görüşә görә bir yaş olmalıdır. İmam Әhmәdin dә içindә olduğu bir qrup alimә görә isә, altı ayını tamamlaması kifayәt edir.
Keçi: Bir yaş vә daha çox.
İnək: Iki yaşı tamamlanmalıdır.
Dəvə: Beş yaşı (bir görüşә görә dörd) tamam olmalıdır.
✔ Qurbanlıq heyvanın şərtləri:
Qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Məsələn: bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur. Qurban kәsdirәn insan, sәrbәst heyvan seçimi etmәli, satıcı onu, ‘filan heyvanı seç’ deyә mәcbur etmәmәlidir.
✔ Qurbanı kəsilmәsinin vaxtı:
Bayram namazından sonra, bayramın dördüncü günü əsr namazına qədər kәsilә bilәr.
✔ Kəsilmiş heyvanın bölünməsi:
Yaxşı olar ki, qurbanlıq heyvanı üç hissəyə bölәrәk:
– Bir hissəsi kasıblara sədəqə olaraq paylansın,
– bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşular, dostlar və qohumlara verilsin,
– bir hissəsini isə özü və ailəsi üçün ayrılsın.
✔ Qurban kəsənin edəcəyi müstəhəb/sünnә əməllər:
Qurban kəsmək istəyən Zül-hiccə ayının birindən etibarən saçını və dırnaqlarını tutmamalıdır;
Bacardığı qədər heyvanı özü kəsməsi yaxşıdır;
Kəsməyi bacarmayanların, həmin vaxt kəsdirdikləri heyvanın yanında olmaları daha yaxşıdır.
✔ Qurban Kəsərkən Oxunan Dua:
Qurbanı qibləyə tərəf yönəldib: “Bismilləh vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (dunın mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım bu filankəs və onun ailəsinin əvəzinədir.)
Peyğəmbərin (ona Allahın salamı olsun) әmәlin uyğun olaraq, heyvanın qara ciyərindən yemək yaxşıdır.
* Diqqət!
– Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbərimiz qoyun kəsdikdә belә deyәrdi: “Allahım bu Məhəmməd və onun ailəsi üçündür”.
– Ölən adam vəsiyyət edibsə onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə də, onun adını ailə ilə birlikdə hallandırmaq olar.
✘ Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Lakin, sonra sədəqə kimi ət vermək olar.
✔ Başqasının әvәzinә dә qurban kәsmәk olar. Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (ona Allahın salamı olsun) kəsmişdir. O, iki qoyun kәsәndә birini ailәsi adından kәsәr vә digәrini kәsdikdә deyәrdi: “Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir”.
✔ Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.
✔ İnəyi və ya dəvəni bölüşdürdükdə, bir şәrik üçün, digәr şəriklərin niyyәt vә dini etiqadı önәm kәsb etmir. Önәmli olan, hәr şәxsin öz niyyәtidir vә hәr kәs savabını buna görә alacaq.
* Bəzi geniş yayılmış xətalar:
– Dişi heyvandan qurban olmaz -deyә düşünmәk.
– Heyvanın yalnız bir nəfərin adından olmasına etiqad etmək.
– Qurbanın ömürdə (hәr il deyil) bir dəfə vacib olmasını etiqad etmək.
– Ölən adama vacib olmasını etiqad etmək.