Qurban bayramında 4 gün qeyri-iş günü olacaq

ec1291f95f7b931fb02c1d3d772fcddeBayram şənbə və bazar günlərindən əvvələ təsadüf edir

Qurban bayramında Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

Yenicag.az xəbər verir ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək. Təqvimə əsasən 24 sentyabr cümə axşamına, 25 sentyabr cümə gününə, 26 və 27 sentyabr isə şənbə-bazar günlərinə təsadüf etdiyi üçün ölkədə üst-üstə 4 gün qeyri-iş günü olacaq.