Qurban bayramında əfv olacaq?

?????????????????????????????????????????????????????????

“Qurban Bayramında əfv sərəncamının imzalanması gözlənilmir”.

Bunu açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zəlimxan Yaqub deyib. Bildirib ki, bugünlərdə əfv sərəncamın imzalanması ilə bağlı konkret bir fikir yoxdur: “Hələ ki, əfvlə əlaqədar sərəncamın imzalanacağı tarix bilinmir. Amma onu deyə bilərəm ki, Qurban Bayramı ilə əlaqədar əfv olmayacaq”.

İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, məhkumların siyahısını hazırlayıb Əfv Məsələləri Komissiyasına göndəriblər: “Siyahımızda 22 məhkumun adı var. Artıq məhkumların siyahısını da komissiyaya göndərmişik. Amma Qurban bayramı ərəfəsində əfv sərəncamının olub-olmayacağını dəqiq bilmirik. Ümid edirik ki, əfv sərəncamı imzalanar və bizim siyahıdakı məhkumların da adı orada olar”.

Qeyd edək ki, əfvlə bağlı sonuncu sərəncam 2015-ci ilin martın 18-də imzalanıb. Həmin fərmanla 90 nəfər məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb(aznews).