Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.
“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 134-cü yerə yüksəlib. 1 671 xala malik 52 yaşlı mütəxəssis dörd pillə irəliləyib. O, Markus Qisdol (“Samsunspor”, Türkiyə), Davide Bellardini (“Sassuolo”, İtaliya), Pelleqrino Matarazzo (“Hoffenhaym”, Almaniya) və Yess Torupu (“Auqsburq”, Almaniya) arxada qoyub.
“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1 616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, cədvələ 2 230 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.