!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov etiraf etdi: "Səhv özümüzdədir"

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirlən “Qarabağ” – “Səbail” matçı ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatsa da, Qurban Qurbanovun komandasına texniki məğlubiyyət veriləcək.

Yenicag.az xəbər verir ki, buna adı protokolda olmayan futbolçunun meydana buraxılmasıdır.

Oyundan sonra keçirilən mətbuat konfransında çıxış edən Qurban Qurbanov da səhvlərini etiraf edib:

“Çox danışmağa ehtiyac yoxdur. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. “Səbail”i təbrik edirəm. Əlbəttə, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır. Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə hal olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm”.

www.yenicag.az

1922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv