Qurban Qurbanov futbolçunu yararsız hesab etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən “Qarabağ” yekun qərarını açıqlayıb .

Yeniçağ.az xəbər verir ki, klubun qardaş ölkədəki toplanışında baxışda olan Rinat Hüseynovu baş məşqçi Qurban Qurbanov heyəti üçün yararsız hesab edib.

Belə ki, Rusiyanın “Amkar” klubunun gənclər komandasından baxışa gələn futbolçunun durumu məşqçilər korpusunu qane etməyib. Bundan sonra o Ağdam klubunun düşərgəsini tərk edib.

Qeyd edək ki, Rinat Albaniyanın “Skenderbeu” komandası ilə keçirilən yoxlama oyununda da iştirak etmişdi.

Yeniçağ.az

COP29