!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov gürcü jurnalistin hədiyyəsindən imtina etdi

!Reklam – Yazi

Sabah “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

Yenicag.az xəbər verir ki, oyundan öncə “Azərsun Arena”da təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Tədbir maraqlı hadisə ilə yadda qalıb.

Belə ki, Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu əvvəlcə Azərbaycan dilində salamlayıb və ona hədiyyə təqdim edib. O, çalışdırıcıya qələm, gürcü çaxırı və qədəh verib.

Qurbanov isə öz növbəsində hədiyyəyə görə təşəkkür edərək, inanclı olduğunu, bu səbəbdən içki içmədiyini bildirib.

Yenicag.az

 

www.yenicag.az

1019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv