!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qurban Qurbanov Hikmət Mirzəyev, futbolçular da onun xüsusi təyinatlıları idi" - Aqil Abbas

!Reklam – Yazi

“Çexlər də darıxmasın, onları da digərlərinin aqibəti gözləyir”.

Bunu Ağdamın “Qarabağ” klubunun Macarıstan çempionu “Ferentsvaroş” üzərində qələbə çalaraq pley-off mərhələsinə keçməsi haqda danışan millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas bildirib ki, Qarabağın köhlən atları “Ferentsvaroş”u öz evində tapdalayıb:

“Əvvəldən demişdim ki, rusların acığına “Qarabağ” “Ferentsvaroş”u tapdalayıb keçəcək. Çünki bütün Rusiya mətbuatı, mütəxəsisləri hamısı az qala deyirdi ki, Stanislav Çerçesov Allahın bacısı oğludur. Məlum oldu ki, Çerçesovun Qurban Qurbanova gücü çatmadı.

“Qarabağ” “Ferentsvaroş”u at kimi tapdaladı. Qarabağ atlarını digər atlardan fərqləndirən döyüşkənliyidir. Müharibələrdə Qarabağ atları düşməni dişiylə didirdi, ayağıyla vururdu. “Qarabağ” da Qarabağ atları kimi şahə qalxıb rəqibi təpiyinin altına saldı. Allah qoysa, çexləri də bu günə salacağıq. Ramin Musayev “Qarabağ” “Lex”i keçəndə haqlı bir söz demişdi: “Qarabağ” “Lex”i lox elədi”. Onun üstünə düşdülər ki, niyə elə söz deyir. Fakt elədir də. Çexlər də darıxmasın, onları da digərlərinin aqibəti gözləyir.

Qurban Qurbanova eşq olsun. Qurban Qurbanov bütün oyunlarını şəhidlərimizə, qazilərimizə həsr edirdi. Dünən “Qarabağ” “Yaşma” idi. Qurban Qurbanov Hikmət Mirzəyev, futbolçular da onun xüsusi təyinatlıları idi”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da strat götürəcək.

Səxavət Məmməd

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv