Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov "ilin ən yaxşı məşqçisi" seçildi - VİDEOREPORTAJ

Reklam: High Technic

Azərbaycanda 2018-ci “ilin ən yaxşı məşqçisi”nin adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 59 mətbuat orqanından 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib.

Komanda.az saytının baş redaktoru Rəşad Ergün çıxış edərək səsvermənin ədalətli olduğunu bildirib. O, “Qarabağ”ın uğurlarından söz açaraq bu il klublarımızdan yalnız Ağdam təmsilçisinin avrokuboklarda fərqləndiyini qeyd edib.

Tədbirdə iştirak edənlər arasında vaxtılə Qurban Qurbanovun məşqçisi olmuş Şaban Şirdanov da yer alıb. O qeyd edib ki, Qurbanovdan öyrənməli olduğu çox şey var.

Daha sonra Qurban Qurbanova “ilin ən yaxşı məşqçisi” mükafatı təqdim olunub. Təcrübəli mütəxəssis çıxış edərək bildirib ki, növbəti dəfə “ilin məşqçisi” seçilmək onun məsuliyyətini daha da artırır.

Mükafatlandırma mərasimi başa çatdıqdan sonra Qurban Qurbanov üzərində öz şəkili olan tortu kəsib.

Qeyd edək ki, Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

Emin Səfərov
Operator: Allahverdi Məmmədov

 

www.yenicag.az

1346
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100