Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov milliyə təyinatından danışdı: "Biz bir-birimizə şərt qoymuruq"

Reklam: Sinerji Pro

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin keçirilən iclasından sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin edilib.

Yenicag.az xəbər verir ki, yığma ilə 6 illik sözləşmə imzalayan təcrübəli çalışdırıcı iclasdan sonra təyinatı ilə bağlı danışıb.

O, etimad göstərən hər kəsə təşəkkürübü bildirib: “Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hər kəsin gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımızı olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxyurdum. Etimadınıza görə də təşəkkür edirəm”.

Qurban Qurbanov hələlik köməkçilərinin kim olduğunu dəqiqləşdirmədiyini, buna bir aydan sonra aydınlıq gələcəyini bildirib.

Tərəflər arasında bağlanılan 6 illik müqavilənin şərtlərinə gəlincə, Qurban bəy bu barədə danışmaq istəməyib: “Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik”.

www.yenicag.az

2723
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100