“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Elvin Yunuszadəni bağışlayıb.
Yenicag.az xəbər verir ki, müdafiəçi artıq əsas komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Yunuszadə millinin düşərgəsində olan zaman intizamsızlığa yol vermişdi. Yığmamızın baş məşqçisi Qurban Qurbanov Belarusla yoxlama oyunundan əvvəl yatdığı üçün iclasa gəlməyən futbolçunu heyətdən kənarlaşdırmış, “Qarabağ”da isə əvəzedici heyətə göndərmişdi.