Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qurban Qurbanov püşkdən danışdı: "Çətin olacaq"

Reklam: Sinerji Pro

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

Yenicag.az xəbər verir o, açıqlamasında çətin və maraqlı qrupa düşdüklərini söyləyib:

“Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumuzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

www.yenicag.az

650
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS