Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” (4:1) matçının 88-ci dəqiqəsində Miçel Madeyranın qırmızı vərəqə alması ağdamlıların baş məşqçisi Qurban Qurbanovu özündən çıxarıb.
Yenicag.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin gərəksiz yerə meydandan qovulması təcrübəli çalışdırıcını əsəbləşdirib.